Direktorun müraciəti
Əziz dostlar!
Muzey yaradaraq çətin bir iş gördük, amma Allaha şükür olsun ki, cəmiyyətimizdən olan qayğıkeş insanlar bizdən dəstəklərini əsirgəmədilər. Muzeyi yaratmaqdaki məqsədimiz, ilk növbədə, xalqımızın - orta əsrlərdən bu günə qədər özünəməxsus tarixini dünyaya izah etməkdir. Muzeyin qurulması zamanı qabağımıza qoyulan daha bir məqsəd: cəmiyyətdə tolerantlığın möhkəmləndirilməsi və bütün xalqların adət - ənənələrinə və mədəniyyətinə hörmət edəcək gənc nəslin yetişdirilməsi idi.
21-ci əsrdəki muzey yalnızca artefaktların saxlanılan yeri deyil, eyni zamanda vacib bir mədəniyyət və təhsil mərkəzidir. Bu, zaman və məkanda hərəkət etmək üçün əvəzolunmaz bir laboratoriyadır. Yalnız belə bir muzey bütün yaşlara xitab edən qonaqlar arasında məşhur olacaq və biz, muzeyimizin bu prinsiplərə uyğun olmasını təmin etməyə çalışacağıq!
Muzeyimizə xoş gəldiniz!
Direktor: İqor Şaulov