Muzeyin tarixi

Bir neçə il əvvəl , bir qrup dağ yəhudi iş adamı və icma liderləri, Qod Nisanov, Zarah İliyev və "STMEGI" Dağ Yəhudiləri Fondunun prezidenti – Qerman Zaxaryaevin rəhbərliyi ilə, Azərbaycanın Quba şəhərinin Qırmızı Qəsəbəsində (keçmiş SSRİ-də əhalisinin əksəriyyəti yəhudi etnosu nümayəndələrinin yeganə yaşayış yeri) tarixietnoqrafik muzey yaratmaq qərarına gəldilər. İlk öncə muzeydə, bütün Qafqazdan toplanmış artefaktlar, o cümlədən mədəni əşyalar, çap və əlyazma sənədləri və bu bölgənin yəhudi həyatını əks etdirən digər əşyalar təqdim olunmalı idi. Qırmızı Qəsəbə və ümumiyyətlə bütün Qafqazdan yəhudilərin geniş mühacirət etməsindən dolayı, bir çox mütəxəssis bu muzeyin yoxa çıxan cəmiyyət üçün bir növ abidə olacağına inanır. Muzeydəki eksponatlar Qafqazın müxtəlif yerlərindən toplanmışdır. Muzeydə XIX əsrə məxsus məişət əşyaları məsələn at arabaları, habelə mənəvi və dünyəvi xarakterli müxtəlif sənədlər nümayiş etdiriləcəkdir. Bənzərsiz bir "Doğranmış kitab" adlanan eksponat, hansiki, bir fars ordu lideri tərəfindən bıçaqlanan Tövratın bir nüsxəsi burada nümayiş olunur. Belə ki, kitab bir neçə əsr əvvəl Qırmızı Qəsəbəsin ravvini həyatını xilas etmişdir. Muzey üçün kitablar həmçinin Juuridə də toplanmışdı; Lüğətlər üçün xüsusi yer ayrılmışdır. Dünyada 100 min nəfərdən az insanın danışdığı bu unikal ləhcənin linqvistik tədqiqatlarını inkişaf etdirmək üçün, muzeydə bu dildə dünyanın ən böyük kitabxanasını yaratmaq planlaşdırılır. Təsisçilər ümid edirlər ki, muzey, yalnız artefaktların saxlanıldığı bir yer olmayacaq, eyni zamanda əhəmiyyətli mədəniyyət və təhsil mərkəzinə çevriləcəkdir.