Dağ yəhudiləri

Dağ yəhudiləri Şimali və Şərqi Qafqaz yəhudilərinin alt etnik qrupudur. Bu termin, 19-cu əsrin birinci yarısında, bu ərazilərin Rusiya imperiyası tərəfindən ilhaq edilməsi zamanı meydana gəlmişdir. Dağ Yəhudilərinin əsl adı Cuhurdur. Dağ yəhudiləri Tat dilinin bir – birinə yaxın olan ve İran dil qrupunun qərb qoluna mənsub müxtəlif şivələrdə danışırlar.Dağ yəhudilərinin əcdadları, təxminən eramızdan əvvəl 5-ci əsrdə Persiyadan gəlmiş və çox güman ki, onlar əramızdan əvvəl VIII əsrdə də orada yaşamışlar. Dağ yəhudilərinin əsas mərkəzi cəmləşmə yerləri bunlardır: Azərbaycan - Bakı (Respublikanın paytaxtı) və Quba şəhəri (dağ yəhudilərinin əksəriyyəti, yalnızca yəhudilərin yaşadığı Qırmızı Qəsəbəsinin ətrafında yaşayırlar); Dağıstan - Dərbənd, Mahaçkala (Respublikanın paytaxtı, 1922-ci ilə qədər - Petrovsk-Port) və Buinaksk (1922-ci ilə qədər - Temir-XanŞura). Dağ yəhudilərinin böyük bir qismi Nalçik və Qroznı şəhərlərində yaşayırdılar. Dağ Yəhudilərinin dünyadakı ümumi sayı 250.000 olaraq qiymətləndirilir. Hal-hazırda dağ yəhudilərinin böyük əksəriyyəti İsraildə (140-160 min) məskunlaşır. Xaricdə dağ yəhudilərinin ən böyük diasporu ABŞ-da təmsil olunur (40 min). Bununla yanaşı, Rusiyada (30 min), Azərbaycanda (7 min), Almaniyada (4 min), Kanadada (2 min), Avstriyada (1 min) da böyük diasporalar mövcuddur.