Ənənəvi məşğuliyyət






Dağ yəhudilərinin ənənəvi fəaliyyətləri əkinçilik və sənətkarlıqdır. Bir çox şəhər sakinləri də əkinçiliklə məşğul olurdular: əsasən bağçılıq, üzümçülük, şərabçılıq (xüsusilə Quba və Dərbənddə). Həmçinin onlar marena istehsalatı ilə məşğul olurdular və marena köklərindən qırmızı boya alırdılar.