Museum

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman Dağ Yəhudiləri Muzeyini ziyarət etdi

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri hörmətli Ralf Horleman və səfirlik əməkdaşları 9 may - faşizm üzərində Qələbə Günü və yəhudi təqviminin önəmli tarixlərindən olan 26 İyar (13 may) “Qurtuluş və Azadlıq Günü” ərəfəsində Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı qonaqlara ikinci dünya müharibəsi dövründə dünyanın müxtəlif yerlərində yaşayan dağ yəhudilərinin üzləşdikləri çətinliklər və onlara qarşı törədilən qətliamlar, acı müharibənin sağ qalan yəhudilərin və sonrakı nəslin həyatında buraxdığı dərin izlər haqqında məlumatlar verilib. Ziyarət çərçivəsində həmçinin soyqırım qurbanları ehtiramla yad edilib, onların ruhuna dualar oxunub və xatirə şamı yandırılıb.

Bununla yanaşı səfirlik nümayəndələrinə muzeyin fəaliyyəti, yəhudi xalqının mədəni və tarixi həyatında oynadığı rolu haqqında məlumat verilib, burada qorunan eksponatlar nümayiş olunub. Qonaqlara həmçinin Qırmızı Qəsəbəyə tanışlıq səfəri təşkil olunub. 
WhatsApp Image 2026-05-26 at 14.45.17.jpeg    WhatsApp Image 2026-05-26 at 14.45.16 (1).jpeg

Similar news