Museum

Aparıcı Amerika yəhudi təşkilatları prezidentlərinin nümayəndə heyəti Qırmızı Qəsəbəni ziyarət edib.

Fevralın 10-da Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədri Betsi Berns Kornun rəhbərliyi ilə nümayəndə heyəti Qırmızı Qəsəbədə olub.

Nümayəndə heyətini Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov, Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı Qəsəbə üzrə nümayəndəsi Telman Muhailov, bələdiyyə sədri Yafo Yadadyayeva, Qırmızı Qəsəbə dağ yəhudiləri dini icmasının sədri Pisax İsakov və qəsəbə ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

İqor Şaulov qonaqları muzeyin ekspozisiyası ilə tanış edib, dağ yəhudilərinin qəsəbədə məskunlaşma tarixi barədə ətraflı məlumat verib, onların tarixini, mədəniyyətini və məişətini əks etdirən eksponatları təqdim edib.

Qonaqlar muzeyin unikal ekspozisiyasına və maraqlı eksponatlarına heyran qalıblar.

Betsi Berns Korn geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkənin ABŞ və İsrail ilə yaxşı münasibətlərini vurğulayıb.

Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Similar news