Museum

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən Dağ Yəhudiləri Muzeyində Beynəlxalq Holokost Qurbanlarının Anım Günü münasibətilə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tematik sərgi təşkil edilib. Sərgi XX əsrin ən faciəli səhifələrindən biri olan Holokost tarixinə həsr olunub. Ekspozisiyada Auşvits (Osvensim) həbs düşərgəsindəki nasist qurbanlarının arxiv materialları və fotoşəkilləri təqdim edilib.
Tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və rəhbərlik etdiyi nümayəndə heyəti, STMEGİ Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayev, həmçinin Dağ Yəhudiləri Muzeyinin kuratoru Vladislav Yusupov iştirak ediblər.
Sərgi çərçivəsində muzeyin direktoru İqor Şaulov qonaqları müəssisənin fəaliyyəti, dağ yəhudilərinin tarixi, mədəni irsi, adət-ənənələri və icmanın Azərbaycan tarixinə verdiyi töhfələrlə tanış edib.
Mərasimdə çıxış edən Emi Karlon soyqırımı ilə bağlı tarixi yaddaşın qorunub saxlanmasının, antisemitizmlə mübarizənin və keçmişin faciəli hadisələrinin bir daha təkrarlanmaması üçün səylərin vacibliyini vurğulayıb. Anım mərasimi zamanı ravvin Holokost illərində həlak olmuş altı milyon yəhudinin xatirəsinə dualar oxuyub, bundan sonra xatirə şamları yandırılıb.
wmremove-transformed (1).png
Muzey ziyarətindən sonra qonaqlar Qırmızı Qəsəbə ilə yaxından tanış olub, yerli sinaqoqları və qəsəbənin rəmzlərindən biri olan Tağlı körpünü ziyarət ediblər.
Azərbaycanın şimal bölgəsinə ilk səfəri çərçivəsində Müvəqqəti İşlər Vəkili Emi Karlon Qırmızı Q (1).jpg
Azərbaycanın şimal bölgəsinə ilk səfəri çərçivəsində Müvəqqəti İşlər Vəkili Emi Karlon Qırmızı Q (4).jpg

Similar news