Museum

Bu həftə Azərbaycanda səfərdə olan İsrailin kənd təsərrüfatı və aqrar regionların inkişafı naziri Oded Forer Qubanın Qırmızı Qəsəbəsində olub.

Bu həftə Azərbaycanda səfərdə olan İsrailin kənd təsərrüfatı və aqrar regionların inkişafı naziri Oded Forer Qubanın Qırmızı Qəsəbəsində olub.

AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, dağ yəhudilərinin kompakt məskunlaşdığı Qırmızı Qəsəbədə nazirliyin nümayəndə heyəti yerli sinaqoqlarla tanış olub, Dağ Yəhudilərinin Tarix və Mədəniyyət Muzeyində olub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qubanın tarixindən, rayonun son illərdəki inkişafından, bu çoxmillətli rayonda hökm sürən xalqlar dostluğundan, tolerantlıqdan ətraflı danışıb.
Səfər zamanı İsrailli qonaqlara “Qırmızı Qəsəbə” turizm informasiya mərkəzinin fəaliyyəti, çoxsaylı digər görməli yerlər, habelə yerli yəhudi əhalisinin öz xalqının mədəniyyətini, adət-ənənələrini və dilini öyrənməsi barədə məlumat verilib.

Similar news