Museum

İyunun 9-da Azərbaycanın 26 turizm şirkətinin nümayəndələri yerli turizm potensialı ilə tanış olmaq üçün infotur çərçivəsində Qırmızı Qəsəbəyə səfər ediblər.

İyunun 9-da Azərbaycanın 26 turizm şirkətinin nümayəndələri yerli turizm potensialı ilə tanış olmaq üçün infotur çərçivəsində Qırmızı Qəsəbəyə səfər ediblər.

Tur iştirakçıları Dağ Yəhudiləri Muzeyinə, sinaqoqlara, mikvaya, Yəhudi kollecinə və digər görməli yerlərə baş çəkərək yaxından tanış olublar. Qonaqlara dağ yəhudilərinin Qırmızı Qəsəbə məskunlaşmasının tarixindən, onların bütövlükdə Qafqazdakı həyatından danışılıb, qədim tikililərin təfərrüatları barədə məlumatlar vurğulanıb və xalqın mədəni irsi ilə tanış edilib. Turizm agentliklərinin nümayəndələri Dağ Yəhudiləri Muzeyinin ekspozisiyalarına baxa bilmiş, dağ yəhudilərinin həyat və məişətini əks etdirən eksponatlarla tanış olmuşlar. Qonaqlar dağ yəhudilərinin mətbəxi ilə də tanış olub, xoyaquşt, qaylo, oş yarpaqı dadıblar. Azərbaycanın turizm sənayesi işçiləri bu turdan xeyli məmnun qalmış və yəhudi kəndi ilə əməkdaşlıq qurmaq, onu respublikanın əsas görməli yerlərindən birinə çevirmək arzusunda olduqlarını bildirdilər.

Similar news